İrəvanda körpə uşaqlar da aksiyaya qoşuldu - VİDEO
Bizi izləyin

Dünya

İrəvanda körpə uşaqlar da aksiyaya qoşuldu - VİDEO

Elektrik enerjisinin qiymətinin artırılmasına qarşı İrəvanın Baqramyan prospektində keçirilən aksiyanın iştirakçıları üçün sürpriz hadisə baş verib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, aksiyanın keçirildiyi əraziyə iki qadınla təxminən 20 uşaq gəlib.

Uşaqlar burada Ermənistanın dövlət himnini oxuyublar. Uşaqları müşayiət edən qadınlar onların prospektə gəlməsinin məqsədini açıqlamayıblar.

İrəvan polisinin rəsi müavini Valeri Osipyan qadınlara xəbərdarlıq edib ki, bu addımla onlar vəziyyəti gərginləşdirirlər. O, qadınlara uşaqları Baqramyan prospektindən aparmağı tələb edib. Bundan sonra uşaqlar sıraya düzülərək oradan uzaqlaşıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm