8 mart fotoreportajı: Tayfa qadınları-Fotolar
Bizi izləyin

Dünya

8 mart fotoreportajı: Tayfa qadınları-Fotolar

Beynəlxalq qadınlar günü münasibətilə “Survival İnternational” təşkilatı dünyanın müxtəlif xalq və qəbilələrindən olan qadınların həyatı haqqında yazmağa qərar verib. Publika.az sizə öz tayfası üçün məşhur olan qadınları təqdim edir.

1.Pokaxontas Şimali Amerika pouxatan hindu qəbiləsinin başçısının qızıdır. O, 17-ci əsrin əvvəllərində indiki Virciniya ştatında hindular tərəfindən əsir götürülmüş Con Smiti ölümdən qurtarıb. Sonradan o, xristianlığı qəbul edərək onu ekzotik vəhşi hesab edən İngiltərədə yaşamağa gedib. O, 1617-ci ildə 22 yaşında vəfat edib. Onun taleyi haqqında çoxsaylı kitab yazılıb, filmlər çəkilib.

Покохонтас

2.Ava qəbiləsinin hinduları Braziliyanın şimal-şərq rayonlarında cəngəllikdə yaşayırlar. Onlar yığıcılıq və ovçuluqla məşğuldurlar. Saylarının 1000-ə yaxın olmasına baxmayaraq, yad insanlarla əlaqə qurmurlar. Qadınlar kişilərlə bərabərhüquqludur. Bu isə bəzi inkişaf etmiş ölkələrdə hələ də mövcud deyil.

женщина из племени ава

3.“Survival İnternational” təşkilatı bəyan edir: “ Zlarema Pxuti Kalaxari səhrasında yaşayan buşmen tayfasının loğmanıdır və bu tayfa Namibiya hökumətinin qərarı ilə Malapodan köçəri insanlar üçün nəzərdə tutulmuş ölüm düşərgəsi kimi tanınan səhra qoruğuna köçürülüb”.

Женщина-бушменка

4. İnuit qəbiləsinin nümayəndəsi 84 yaşlı Elizabet “Çaukueş” Penaşue Kanadanın Labrador yarımadasında yaşayır. Uzun illərdir o, hər il yaz vaxtı cəng inuitlərin dağ aşırımından Mili Muntis dağına aparmaqda bələdçilik edir. Məqsədi isə burada 8000 ildən çox yaşayan inuitlərin ata-baba torpaqlarını unutmamasıdır.

Инуитка

5.Leonor Salabata Kolumbiyada araxuako qəbiləsinin başçısıdır. Daima bu və digər 102 hindu qəbilələrinin hüquqları uğrunda mübarizə aparır. 2010-cu ildə Kolumbiyanın konstitusiya məhkəməsinin qərarına əsasən, 35 qəbilənin silahlı münaqişə ərazilərindən məcburi köçürülməsi ehtimalı var.

Леонор Залабата

6.Damiana Kavanya Paraqvayda yaşayan quarani-kayova qəbiləsinə məxsusdur. Onun bir çox qəbilə həmkarları avtomobil yolları kənarında yerləşən düşərgələrdə acınacaqlı vəziyyətdə yaşayır. Bəziləri isə kəndlərin müvəqqəti qəsəbələrində yaşayır. O, 2013-cü ilin sentyabr ayında qəbilənin ata-baba torpağında salınmış şəkər qamışı plantasiyalarının ələ keçirilməsi hücumuna başcılıq edib. O, deyib: “Biz torpaqlarımız uğrunda ya mübarizə aparmağa ya da ölməyə qərar verdik”.

Дамиана Каванья

7.Çilidən min kilometrlərlə uzaqlıqda yerləşən Pasxa adasında qədim “rapa-nui” xalqının əcdadları yaşayır. 1914-cü ildə Anqata adlı gələcəyi görən bir qadın müstəmləkəçilərə qarşı üsyan qaldırdı.

Ангата

8.Holma Nimaqiri Hindistanın Odişa ştatında donqria-kondx xalqının nümayəndəsidir. Bu tayfanın qadınları torpaqlarında boksit yataqlarını ələ keçirməyə çalışan nəhəng ingilis-hind şirkəti olan Vedantaya qarşı kişilərlə birgə mübarizə aparıb.

Женщина из племени донгриа-кондх

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm