Ağ Ev 40 illik qadağanı aradan qaldırdı
Bizi izləyin

Dünya

Ağ Ev 40 illik qadağanı aradan qaldırdı

Ağ Ev 40 illik qadağanı aradan qaldırıb. Artıq Ağ Evə ekskursiya zamanı foto və video çəkilişlərə icazə veriləcək.

Publika.az-ın məlumatına görə, bu barədə Blumberq xəbər yayıb.

Bu günə qədər isə binada hər hansı çəkiliş aparmaq qəti qadağan idi.

Qadağanın aradan götürülməsi ilə bağlı məlumatı isə ABŞ-ın birinci xanımı Mişel Obama öz “İnstagram” səhifəsində verib. Əlində foto və video çəkilişin qadağan olunduğunu göstərən plakatı tutmuş birinci xanım fotonun altında bu sözləri yazıb:

“Siz bundan sonra Ağ Evə ekskursiya zamanı əvvəl gördüyünüz bu tablonu görməyəcəksiniz”.

Qeyd edək ki, Ağ Evdə selfi çubuqlarından istifadə qadağası hələ də qalır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm