Dünya
Pentaqondan ŞOK: Rusiya Şimali Koreya və İranla eyni siyahıda
ABŞ 2015-ci il milli hərbi strategiyasını dərc edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi tərəfindən hazırlanan strategiyada “İslam dövləti” (İŞİD) ABŞ üçün əsas təhlükə adlandırılıb.
Strategiyanın mətnində Rusiyanın adı Şimali Koreya, Çin və İranla birlikdə çəkilir. Bildirilir ki, bu dövlətlər güc tətbiq edir və beynəlxalq gərginliyi artırırlar. Qeyd olunur ki, bu ölkələrdən heç biri ABŞ üçün birbaşa təhlükə daşımasa da, onların hərəkətləri narahatlığa səbəb olur.
Strategiyanın müəllifləri regional təhlükəsizliyin pozulmasında Rusiyanı ittiham edirlər. Rusiyanın çoxsaylı beynəlxalq razılaşmaları pozduğu bildirilir. Rusiyanın əməl etmədiyi beynəlxalq razılaşmalar arasında BMT-nin nizamnaməsi, Helsinki razılaşmaları, orta və kiçik mənzilli raketlərin ixtisarı haqqında (RSMD) Rusiya-ABŞ müqaviləsi və Budapeşt memorandumunun adı çəkilir.
Mətndə xatırlanır ki, Rusiya yalnız açıq hərəkət etmir, həm də “hibrid müharibə”si taktikasından yararlanır. “Məsələn, Krımın ilhaqından əvvəl “hibrid müharibəsi” taktikasından istifadə olunub”, - mətndə deyilir.
Ömər Dağlı
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO