İŞİD-də “dövlət çevrilişi”nə cəhd edən edam olundu
Bizi izləyin

Dünya

İŞİD-də “dövlət çevrilişi”nə cəhd edən edam olundu

“İslam dövləti” (İŞİD) terror qruplaşması “dövlət çevrilişi”nə cəhdin qarşısını alıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD ötən həftə Əbubəkr Əl-Bağdadiyə qarşı “çevrilişə” cəhd edən Əbu Osman əl-Həsən adlı şəxsi edam edib.

O, İŞİD-in “Məsləhət Şurası”nda təmsil olunurdu. Həsən planın üstü açıldıqdan sonra dərhal məhkəmə qarşısına çıxarılıb və naməlum bir yerdə edam edilib. Bağdadinin ətrafındakı ən yaxın şəxslərdən olan Həsənin eyni zamanda vəliəhd olduğu bildirilir.

Edamın təşkilat daxilində parçalanmalara gətirib çıxardığı, Suriya əslli üzvlərin edama qarşı çıxaraq Mosul şəhərindən çəkildiyi deyilir. İddiaya görə, Həsən son vaxtlar təşkilata çoxlu xarici döyüşçünün qəbul edilməsinə qarşı çıxır, bununla da Bağdadinin bəzi qərarlarına etiraz edirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm