Almaniyada robot qatil oldu
Bizi izləyin

Dünya

Almaniyada robot qatil oldu

Almaniyada avtomobil zavodunda robot işçini öldürüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, robot Almaniyanın avtomobil nəhəngi “Volkswagen”in Baunatal şəhərindəki zavodunda 22 yaşındakı işçini qollarının arasında sıxışdıraraq öldürüb.

“Volkswagen” zavodunda robot qəzaları əslində son dərəcə nadir hallarda qeydə alınan hadisədir. Çünki təhlükəsizlik qaydalarına görə, robotlar daim xüsusi qəfəslərdə saxlanılır.

İşçilərdən biri qəfəsin içərisində robot üzərində bəzi əməliyyatlar həyata keçirmək istəyib. Elə bu zaman faciə baş verib. İşçi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə haqqında danışan zavod səlahiyyətlisi işçinin təhlükəsizlik qaydalarına əməl etmədiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm