Dünya
Dəhşətli qəzadan sürücü və sərnişin sağ çıxdı - FOTOLAR
Dəhşətli avtomobil qəzası Çinin Şandun əyalətində baş verib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, konteyner daşıyan nəhəng yük maşını çevrilib və bütün yük sərnişin avtomobilinin üzərinə tökülüb. Bu zaman isə avtomobildə sürücü və gənc qız olub.
Zərbədən minik maşını tamamilə əzilib və xilasedicilər oradan kiminsə sağ çıxacağına ümid etməyib.
Lakin qəfildən xilasetmə qrupu əzilmiş metal arasından qadın qışqırtılarını eşidiblər. Qız avtomobilin pəncərəsindən əlini göstərərək özünün və sürücünün sağ olmasına işarə edib.
Elə bu vaxt onların xilas edilməsi üçün əməliyyat başlayıb. Qız və sürücünü xilas etmək üçün əvvəlcə avtomobilin üstünə düşən tonlarla ağırlığında konteyner kran vasitəsilə qaldırılıb.
Qızı avtomobildən rahatlıqla xilas etmək olub. O, bir neçə yerdən yüngül xəsarət və qançırlar alıb. Sürücünün isə vəziyyəti daha ağır olub. Bununla belə, onun tezliklə sağalacağına ümid var. Avtomobilin əzilmiş hissəsi ilə onlar arasında cəmisi 60 santimetr məsafə olduğundan kişi və qadın sağ qala bilib.
Yük maşının sürücüsünün verdiyi məlumata görə, digər avtomobillə toqquşmamaq üçün maşını sağa döndərib və bu zaman daşıdığı konteyner ikinci bir avtomobilin üzərinə aşıb.
Nura
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO