Dünya
Moskva tarixi açıqladı: “Nüvə silahından o vaxt istifadə edəcəyik ki...”
Rusiya Xarici İşlər Nazirliyinin silahlanma və kütləvi silahların yayılmasına qadağa üzrə idarəsinin rəisi Mixail Ulyanov Qərbdəki son vaxtlar geniş yayılan “Rusiyanın nüvə ritorikası”nı şərh edib.
Publika.az xəbər verir ki, rusiyalı diplomat “İnterfaks” agentliyinə müsahibəsində nüvə silahından istifadə ilə bağlı Rusiyanın hərbi doktrinasının dünya üçün təhlükə törətmədiyini bildirib.
“Məsələn, iddia edilir ki, hərbi doktrinanın yeni mətnində nüvə silahının rolu yüksəldilib. Bu iddiaların vicdansızlığından əmin olmaq üçün mətnləri müqayisə etmək kifayətdir. Doktrinanın nüvə silahı ilə bağlı bölməsində heç bir dəyişiklik yoxdur. Doktrinaya uyğun olaraq, Rusiya iki halda nüvə silahını tətbiq etmək hüququnu özündə saxlayır: nüvə, yaxud da adi silahlarla hücum ediləcəyi təqdirdə Rusiya nüvə başlıqları ilə cavab verəcək. Nüvə silahından istifadə tamamilə müdafiə xarakterlidir. Nüvə silahı xarici dünya üçün heç bir təhlükə törətmir, yalnız potensial təcavüzkara xəbərdarlıqdır”, - Mixail Ulyanov deyib.
Rusiyanın nüvə arsenalına 40-dan çox yeni ballistik raketin daxil ediləcəyindən Qərbin narahat olmasına gəlincə, onun sözlərinə görə, söhbət nüvə gücünün müasirləşdirilməsi planından gedir. O, analoji müasirləşdirmənin daim ABŞ tərəfindən də aparıldığını qeyd edib: “Birləşmiş Ştatlar nüvə arsenalını, o cümlədən Avropadakı taktik nüvə silahını daim müasirləşdirir. Amma bunu Rusiya edəndə, “Rusiyanın nüvə təhdidi” haqqında səs salırlar. Həmişəki kimi ikili standartlar özünü göstərir”.
Ömər Dağlı
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır