İŞİD təşvişdə: uşaqlardan ibarət kəşfiyyat qrupları yaradılıb
Bizi izləyin

Dünya

İŞİD təşvişdə: uşaqlardan ibarət kəşfiyyat qrupları yaradılıb

İraqın Mosul şəhərinin azad edilməsi üçün əməliyyatın başlanacağı barədə xəbərlərin yayılması İŞİD terror qruplaşmasını təşvişə salıb.

Publika.az kürdlərin “Rudaw” saytına istinadən xəbər verir ki, terror qruplaşması əhalidəki radio cihazlarını toplamağa başlayıb, satıcılara isə onların satılmasını qadağan edib.

Saytın şəhərdəki mənbələrdən birinin verdiyi məlumata görə, İŞİD uşaqlardan ibarət kəşfiyyat qrupları yaradıb. Uşaq kəşfiyyatçıların işi Mosulun məhəllələrində baş verən hər hansı bir hərəkətlilik və ya hadisə barəsində məlumat toplamaqdan ibarətdir.

Qeyd edək ki, İraqın Daxili İşlər Nazirliyi dünən Mosul şəhərinə təyyarələrdən bildirişlər ataraq şəhərin azad edilməsi əməliyyatının yaxın vaxtlarda başlayacağını bəyan edib. Nazirlik əməliyyatla bağlı bütün informasiyaların “Mosul FM” radiosu ilə veriləcəyini bildirib.

Paytaxt Bağdaddan sonra İraqın ən böyük ikinci şəhəri olan Mosulun əhalisi İŞİD-in işğalından əvvəl 3 milyon idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm