BBC “İslam dövləti” mövzusunda geri addım atdı
Bizi izləyin

Dünya

BBC “İslam dövləti” mövzusunda geri addım atdı

Dünyanın ən böyük media şirkətlərindən olan BBC “İslam dövləti” mövzusunda nəhayət geri addım atdı.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, BBC bundan sonra “İslam dövləti” ifadəsinin əvəzinə “qondarma İslam dövləti” ifadəsindən istifadə edəcək.

Qeyd edək ki, İngiltərənin baş naziri Devid Kameron bu həftə verdiyi bir açıqlamasında BBC-nin xəbərlərində İŞİD üçün “İslam dövləti” ifadəsindən istifadə etməsini tənqid edib. “Çünki bu islam dövləti deyil, qorxunc və barbar bir rejimdir”, - baş nazir söyləmişdi. BBC Kameronun bu çağırışına rədd cavabı vermişdi.

İngiltərənin baş nazirinin çağırışından sonra 120 millət vəkili də BBC-yə bir məktub yazaraq "İslam dövləti" ifadəsindən istifadə etməməsinin lazım olduğunu bildiriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm