Çindən vətəndaşlarına xəbərdarlıq: “Türkiyədə ehtiyatlı olun”
Bizi izləyin

Dünya

Çindən vətəndaşlarına xəbərdarlıq: “Türkiyədə ehtiyatlı olun”

Çin Türkiyəyə getmək istəyən vətəndaşlarına xəbərdarlıq edib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.

Nazirlik son dövrlərdə Türkiyədə çinli turistlərə qarşı hücumların olduğunu və ölkənin bir çox yerində Çin əleyhinə aksiyaların keçirildiyini bildirib: “Qətiliklə etirazçılara yaxınlaşmayın və nümayişləri filmə çəkməyin. Küçələrdə tək hərəkət etməməyə maksimum diqqət göstərin”.

Qeyd edək ki, Şərqi Türkistanda uyğur türklərinə qarşı edilən təzyiqlərdən sonra Türkiyədə Çin əleyhinə nümayişlər keçirilib. Digər tərəfdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn ay Çinə gedəcəyi açıqlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm