Dünya
Putinin varisinin adı açıqlandı
“Rusiya prezidenti Vladimir Putin artıq özünə əvəzedici hazırlayır”.
Publika.az “obozrevatel.com” saytına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladirmi Putinin keçmiş məsləhətçisi Andrey İllarionov bildirib.
Onun sözlərinə görə, Putini əvəz etməyə əsas namizəd Prezident Administrasiyasının başçısı Sergey İvanovdur. Andrey İllarionov qeyd edib ki, Putin 2018-ci ildə prezident postundan gedə biləcəyini nəzərə alaraq özünü sığortalamaq istəyir.
İllarionov qeyd edib ki, Kremlin nəzarətində olan KİV artıq mart ayından başlayaraq Sergey İvanovu irəli çəkir.
“Putin mümkün olan hər şey edir ki, onun varisinə mümkün keçid maksimal hamar olsun. O, Yanukoviçin qaçışı səhnəsinin təkrarlanacağından ehtiyat edir”, - Andrey İllarionov deyib.
Ömər Dağlı
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”