İŞİD-in mərkəzi havadan bombalandı – 22 ölü
Bizi izləyin

Dünya

İŞİD-in mərkəzi havadan bombalandı – 22 ölü

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İŞİD terrorçularının Suriyadakı mərkəzi şəhəri olan Rakkada ən böyük hava hücumu əməliyyatını reallaşdırıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, hərbi əməliyyatlar zamanı ən azı 22 nəfər ölüb.

Koalisiya qüvvələrinin sözçüsü, ABŞ-dan olan polkovnik Tomas Gilleran hava hücumunun İŞİD-in Suriya və İraqdakı fəaliyyətini zəiflətmək məqsədi daşıdığını söyləyib: “Bu hərbi əməliyyat indiyədək Suriyada reallaşdırdığımız ən böyük əməliyyatlardan biri oldu. Yəqin ki, bu əməliyyatdan sonra İŞİD-in Rakkadakı fəaliyyəti zəifləyəcək. Çünki hava hücumu zamanı İŞİD-in Rakkadakı bir çox binaları və qərargahları vurulub”.

Mərkəzi Qərargahı Londonda yerləşən Suriya İnsan Haqları Mərkəzi isə hava hücumu zamanı ən azı 22 nəfərin öldüyünü bəyan edib. Ölənlər arasında bir nəfər uşaq, 6 nəfər isə dinc sakin olduğu bildirilir. Qalan 15 nəfər isə İŞİD terrorçuları olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm