Ərdoğan Davudoğlunu bu şəxslə əvəzləyir
Bizi izləyin

Dünya

Ərdoğan Davudoğlunu bu şəxslə əvəzləyir

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) avqust ayında Böyük Konqres keçirəcək.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın yaxın ətrafı baş nazir Əhməd Davudoğlunun əvəzlənəcəyini bildirir.

İddiaya görə, konqresdən əvvəl hökumət qurulmayacağı halda, nəqliyyat, informasiya və dənizçilik naziri Binali Yıldırım baş nazir postuna gətiriləcək.

Qeyd olunur ki, Əhməd Davudoğlu Böyük Konqresə hökuməti quraraq baş nazir olaraq girmək istəyir. Konqresdə partiyanı 3 il ərzində idarə edəcək 50 nəfərlik İdarə Heyəti (MKYK) formalaşdırılacaq. Hazırkı İdarə Heyəti Ərdoğanın təyin etdiyi şəxslərdən ibarətdir.

Türkiyə mediasının yazdığına görə, Ərdoğan Davudoğlu ilə yoluna davam etmək istəmir. Ancaq Ərdoğanın ətrafındakı bəzi şəxslərin bu dəyişikliyə qarşı çıxdığı deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm