Rusiya və Ukrayna Donbasla bağlı razılaşdı – RƏSMİ
Bizi izləyin

Dünya

Rusiya və Ukrayna Donbasla bağlı razılaşdı – RƏSMİ

Donbas hövzəsinin separatçıların nəzarəti altında olan hissəsi elektrik enerjisiz qala bilər.

Publika.az “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, Ukrayna Donbas hövzəsinin işğal edilmiş ərazilərinə elektrik enerjisinin çatdırılmasının dayandırılması haqqında Rusiya ilə razılaşıb.

Razılıq Ukrayna kömür sənayesi və energetika naziri Vladimir Demşisin Rusiya tərəfi ilə apardığı danışıqlardan sonra əldə olunub. “Biz Rusiyadan bu əraziyə daxil olan dörd xətti söndürməyi bacardıq. Rusiya bu xətlərlə Donbas hövzəsinə hər ay 300 milyon qrivna (təxminən 14 milyon dollar) dəyərində elektrik enerjisini çatdırırdı”, - Demçişin bildirib.

Nazir əlavə edib ki, bu, ödəniş səviyyəsini 85 faizdən 100 faizə qədər artırmağa imkan verəcək.

Bundan əvvəl isə Ukrayna və Rusiya Krım yarımadasına verilən elektrik enerjisinin qiymətinin 14,4 faiz qaldırılması barədə razılaşıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm