Dünyanın ən yaşlı sakini öldü
Bizi izləyin

Dünya

Dünyanın ən yaşlı sakini öldü

Yaponiyada dünyanın ən yaşlı sakini ölüb.

Publika.az “Reuters”ə istinadən xəbər verir ki, bu Saytama şəhərinin sakini 113 yaşlı Sakari Momoidir.

1903-cü ildə Fukusimada dünyaya gələn Momoi uzun illər məktəb direktoru işləyib. Yaxınlarının dediyinə görə, yaşı 100-ü keçsə də, o, ağlını itirməyib.

Ginnesin “Rekordlar” kitabının ekspertləri Momoini 2014-cü ilin avqustunda dünyanın ən yaşlı sakini kimi tanıyıblar. Qocanın son vaxtlar böyrək çatışmazlığından əziyyət çəkdiyi bildirilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm