Tuneldə ölən adam qatarların hərəkətini ləngitdi
Bizi izləyin

Dünya

Tuneldə ölən adam qatarların hərəkətini ləngitdi

La-Manş boğazında yeraltı tuneldə qatarların hərəkəti məhdudlaşdırılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hərəkət qeyri-leqal miqrantlardan birinin ölümü ilə əlaqədar dayandırılıb.

Verilən məlumata görə, kişi Fransadan Böyük Britaniyaya keçməyə hazırlaşarkən tuneldə həlak olub. Onun ölüm səbəbləri məlum deyil.

O da qeyd olunur ki, hər il Fransadan Böyük Britaniyaya minlərlə qeyri-leqal miqrantlar keçməyə cəhd edir. Onlar Böyük Britaniyada sosial yardım və sığınacaq almaq üçün gizli yollarla Fransadan keçməyə çalışır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm