Nüvə müzakirələrində razılaşma tarixi təxirə salındı – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Nüvə müzakirələrində razılaşma tarixi təxirə salındı – SON DƏQİQƏ

İran ilə “5+1” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) ölkələri arasında davam edən nüvə müzakirələrində son razılaşma tarixi ikinci dəfə təxirə salınıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici əlaqələr üzrə ali komissarı Federika Mogerini bildirib.

Uyğunlaşdırılmalı bir neçə çətin mövzunun qaldığını deyən ali komissar müzakirələrin daha bir neçə gün davam edəcəyini deyib. Xarici işlər nazirlərindən bir hissəsinin müzakirələrdən ayrılacağını ifadə edən Mogerini onların müzakirələrə yenidən qoşulmaq üçün hazır olacağını deyib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə müzakirələrdə 8 mövzu üzrə razılaşmanın təmin edilmədiyini açıqlayıb.

Qeyd edək ki, yekun razılaşma bu gün imzalanmalı idi. Deyilənə görə, BMT-nin Vyanadakı qərargahında razılaşmanın imzalanacağı zal da hazırlanmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm