ABŞ İŞİD-in adamını öldürdü
Bizi izləyin

Dünya

ABŞ İŞİD-in adamını öldürdü

İŞİD terror qruplaşmasının Əfqanıstandakı iki nömrəli adamı Gül Zaman ABŞ-ın pilotsuz təyyarəsinin endirdiyi zərbələrlə öldürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Kəşfiyyat Təşkilatından bildirilib.

Məlumata görə, İŞİD-in Əfqanıstan üzrə rəhbərinin köməkçisi olan Gül Zaman ölkənin şərqindəki Nangarhar şəhərinin yaxınlığında öldürülüb. Əfqanıstan Kəşfiyyat Təşkilatının səlahiyyətliləri bu hücumda İŞİD-in daha 6 üzvünün öldüyünü açıqlayıblar.

Son iki ayda Əfqanıstanın şərq bölgəsində İŞİD-in təsirinin artdığı, təşkilatla Taliban arasında tez-tez qarşıdurmaların baş verdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm