“Döyüş içərilərə daşınacaq, İstanbul və Ankara vurulacaq” – ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

“Döyüş içərilərə daşınacaq, İstanbul və Ankara vurulacaq” – ŞOK PROQNOZ

“Türkiyənin də xəritəsi dəyişdikdən və o bombalar içəridə partlamağa başladıqdan sonra gerçəyi görmənin heç bir əhəmiyyəti olmayacaq”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin ətrafında baş verən hadisələri və Suriyanın şimalında yaradılmasına cəhd edilən “kürd dəhlizi”nin doğura biləcəyi nəticələri şərh edən İbrahim Karagül “Yeni Şafak” nəşrində yazıb.

“Ölkəmizə qarşı edilən hərəkətlər xaricdən təcrid siyasətidir. Bu, bir xəritə dizaynı, güclərin strukturlaşdırılması və bölgənin dizaynıdır”, - türkiyəli yazar qeyd edib.

Onun sözlərinə görə, Suriyanın şimalında baş verənlərə müdaxilə edilməsə, döyüş Türkiyənin içərilərinə daşınacaq: “Türkiyəyə qarşı təcrid strategiyası müvəffəqiyyətlə həyata keçirilir. Biz isə bir növ strateji korlaşma yaşayırıq. Məqsədim döyüş gündəmini yaratmaq deyil. Ətrafımız onsuz da yanır. Əgər biz tədbir görməsək, cənub sərhədlərimizə müdaxilə etməsək, o döyüş Türkiyənin içinə daşınacaq, İstanbulu və Ankaranı vuracaq”.

İbrahim Karagül qeyd edib ki, hazırda ərəblərlə türklər arasında qalın divar qurulması strategiyası icra olunur: “Suriyanın şimalına kürdlər yerləşdirilir. Əsl məqsəd coğrafiyanı iki ayrı düşərgəyə bölməkdir. Bunu kürdlərin vasitəsilə edirlər. Kürdləri həm ərəblərin, həm də türklərin düşməni etmək, Suriyanı Türkiyədən qoparmaq, Türkiyəni Anadoluya həbs etmək istəyirlər. Fərqindəsinizmi, neçə ölkə və neçə millət bir-birinə düşmən edilir? Birinci Dünya Müharibəsindən sonra olduğu kimi yüz il sonra da yeni bir xəritə yaradırlar. İndi həmin xəritə addım-addım reallaşır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm