Bakıda qrunt sularının səviyyəsi kritik həddə - XƏBƏRDARLIQ
Bizi izləyin

Ekologiya

Bakıda qrunt sularının səviyyəsi kritik həddə - XƏBƏRDARLIQ

Son günlər yağan yağışlar nəticəsində paytaxtın bir sıra ərazilərində su basması halları müşahidə edilir.

Son günlər yağan yağışlar nəticəsində paytaxtın bir sıra ərazilərində su basması halları müşahidə edilir.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verilib.

Onun sözlərinə görə, əsasən Binəqədi rayonunda kənd Binəqədi ərazisində qrunt sularının qalxması nəticəsində yolları və həyətləri su basıb.

“Həmçinin Sabunçu rayonu Savalan qəsəbəsində, Daş karxanası deyilən ərazidə və Şuşa şəhərciyində də düşən atmosfer yağıntıları və qurunt sularının səviyyəsinin qalxması nəticəsində yolları və həyətləri su basıb. Həmin ərazilərdə mənfi istiqamətdə böyük dəyişiklik hiss olunur. Yağan yağışlar nəticəsində torpaq sudan doyub və qrunt sularının səviyyəsi kritik həddədir”.

R.Həsənovun sözlərinə görə, problemin aradan qaldırılmasının yeganə yolu drenaj şəbəkəsinin yaradılmasıdır:

“Bu şəbəkə vasitəsilə qrunt sularının səviyyəsinin aşağı salınması və ərazidən uzaqlaşdırılması mümkündür. Bunu qısa zamanda həyata keçirmək mümkün deyil. Həmin ərazilər plana salınmalı və müvafiq vəsait ayrılmalıdır. Drenaj sisteminin yaradılmasından başqa problemin həlli yolu yoxdur”.

Nazirlik rəsmisinin sözlərinə görə, uzun müddət eyni ərazidə qurunt sularının qalması nəticəsində ərazidə süxurların litoloji tərkibindən asılı olaraq onların çökməsinə gətirib çıxara bilər: "Hələ ki, belə hal müşahidə ediməyib. Lakin qövsvarı sгxurlar iri məsaməlidir, onların həcminin kiçilməsi çökməyə səbəb ola bilər”.

R.Həsənov yağışın hələ ki, sürüşmə sahələrində aktivliyə səbəb olmadığını bildirib:

“Paytaxtın ən aktiv sürüşmə sahələri Masazır və Zığda hələ ki, aktivlik müşahidə edilmir. Lakin ola bilər ki, növbəti günlərdə sürüşmə sahələrində vəziyyət yenidən aktivləşsin. Çünki proqnozlar sürüşmə sahələrində aktivliyin müşahidə ediləcəyinə əsas verir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm