• USD 1,7000 0,00% EUR 1,9474 -0,49%
    • GBP 2,2029 -0,85% RUB 0,0260 +0,38%

Bu kənddə yol çökdü - Əhali təhlükədə

Bu kənddə yol çökdü - Əhali təhlükədə

Şamaxı rayonu Mədrəsə kəndinin şimal-şərqində yerləşən 20 ev üçün təhlükə gözlənilir.Ərazidə baş verən sürüşmə sakinlər üçün çətin vəziyyət yaradıb.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovməlumat verib.

Onun sözlərinə görə, hələ ki, ailələrin köçürülməsinə ehtiyac olmasa da, bir neçə ailə evini boşaldıb: “Yağışlar kəsiləndən sonra əraziyə təkrar baxış keçirilib, qərar veriləcək. Mədrəsə kəndində pay torpaqları verilən vətəndaşların ondan istifadəsində də problem yaranıb.İcra Hakimiyyətindən daxil olan məlumat əsasında əraziyə baxış keçirdik. Həqiqətən də orada çoxlu texktonik pozuntular var, lay suları çıxır. Bu vəziyyətdə həmin torpaqlardan təsərrüfat məqsədilə istifadə edilməsi çox çətin olacaq”.

Ə.Qaralov onu da bildirib ki, rayonda baş verən aktivlik nəticəsində Çuxuryurd, Qızmeydan yolunda bir neçə yerdə uçqun baş verib.

“Bunun da səbəbi yol çəkilərkən yamacların dik kəsilməsi nəticəsidir. Bunun da qarşısının alınması üçün müəyyən tədbir görülməlidir. Bakı-Şamaxı yolunun 105-ci kilometrliyindən də sürüşmə baş verib. Yola tökülən torpaq texnika vasitəsilə təmizlənir”.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>