• USD 1,7000 0,00% EUR 2,0440 -0,45%
    • GBP 2,3606 -0,61% RUB 0,0229 0,00%

Çaylarda təhlükə varmı?

Çaylarda təhlükə varmı?

Respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyətlə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-260, Kiçik Qafqazın çaylarında 230-360, Lənkəran-Astara bölgəsi çaylarında isə 140-330 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, noyabrın 04-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 200 m3/s olmaqla ongünlük normanın 107 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 166 m3/s olmaqla ongünlük normanın 89 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla, ongünlük normanın 178 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 205 m3/s təşkil edərək ongünlük normanın 243 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, noyabrın 04-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Bankədə 7, Araz çayının Novruzlu məntəqəsində 4 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 538 sm (2015-ci il noyabrın 04-də 493 sm), Salyanda 404 sm (2015-ci il noyabrın 04-də 322 sm), Bankədə 279 sm (2015-ci il noyabrın 04-də 241 sm), Araz çayının Novruzlu məntəqəsində isə 256 sm (2015-ci il noyabrın 04-də 210 sm) təşkil edir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR