Sabahın hava PROQNOZU: Sulu qar və qar
Bizi izləyin

Ekologiya

Sabahın hava PROQNOZU: Sulu qar və qar

Sabah, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eləcə də, respublikanın bölgələrində gözlənilən hava şəraiti açıqlanıb.

Sabah, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eləcə də, respublikanın bölgələrində gözlənilən hava şəraiti açıqlanıb.

Publika.az Ekologiya və Təbiii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Mülayim şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacağı gözlənilir. Bakıda gecə 7-9° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Gündüz qərb rayonlarında yağıntı tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm