Sabah 10 dərəcə şaxta olacaq
Bizi izləyin

Ekologiya

Sabah 10 dərəcə şaxta olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, dekabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 3° şaxtadan 1°-dək isti, gündüz 6-9° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 6-8° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütünu, nisbi rütubət gecə 70-80%, gündüz 55-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 22-də hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm