Sabahın HAVASI: yollar buz bağlayacaq
Bizi izləyin

Ekologiya

Sabahın HAVASI: yollar buz bağlayacaq

Sabahın HAVASI

Bakıda və Abşeron yarımadasında fevralın 3-də hava şəraitinindəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinidən Publika.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Bölgələrdə də sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Fevralın 3-4-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm