Ekologiya
Bölgələrimizdə radiasiya fonu nə qədərdir?
Respublika ərazisində 2016-cı il ərzində gündəlik radiasiya fonu norma daxilində qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin 2016-cı il üzrə hesabatında öz əksini tapıb.
Hesabat ili ərzində daxil olmuş ölçmə məlumatlarının təhlilinə əsasən Bakı-Abşeron bölgəsində faktiki təbii radiasiya fonu ümumilikdə 6-17 mkR/saat, Naxçıvan MR-in ərazisində faktiki təbii radiasiya fonu 9-16 mkR/saat, Kiçik Qafqaz bölgəsində gündəlik faktiki radiasiya fonu 5-19 mkR/saat, Böyük Qafqaz bölgəsində gündəlik radiasiya fonu 7-30 mkR/saat (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir).
“Mərkəzi Aran bölgəsindəki gündəlik faktiki radiasiya fonu 3-19 mkR/saat, Lənkəran-Astara bölgəsində ümumilikdə faktiki radisaiya fonu 8-13 mkR/saat arasında qeydə alınıb və bölgələrdəki radiasiya şəraiti təbii fon daxilində dəyişib”.
Hesabatda bildirilib ki, ətraf mühitin radiasiya fonu üzrə Respublikanın bütün bölgələrini əhatə edən gündəlik müşahidələr aparılıb. Günəş şüalarının fəallığından asılı olaraq gündəlik radiasiya fonu Respublika ərazisində mövsümlər üzrə dəyişkən olub. Gündəlik müşahidələr gün ərzində 3 dəfə olmaqla (saat 09:00, 15:00, 18:00 radələrində) 35 məntəqədə aparılıb.
Transsərhəd ərazilərdə (Ağstafa, Sədərək (Naxçıvan MR), Beyləqan, Astara, Quba rayonları və Pirallahı adası) fəaliyyət göstərən radiasiya fonu üzrə tam avtomatlaşdırılmış onlayn erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sistemi vasitəsilə məlumatlar hər yarım saatdan bir departamentə və eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür.
Atmosfer aerozollarının b-radioaktivliyi üzərində müşahidələr il ərzində 11 məntəqədən - Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Zaqatala, Quba, Naxçıvan, Ağcabədi, Ağstafa və Neft Daşlarından götürülmüş 3906 planşet nümunələrində Cs137, K40, Sr90 radionuklidləri üzrə 11718 analiz aparılıb və həmin nümunələrdə radionuklidlər aşkar edilməyib.
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI