Otman bozdağ vulkanı Azərbaycanda zəlzələyə səbəb ola bilərmi?
Bizi izləyin

Ekologiya

Otman bozdağ vulkanı Azərbaycanda zəlzələyə səbəb ola bilərmi?

Otman bozdağ vulkanı zəlzələyə səbəb ola bilərmi?

“Ötən gün Otman bozdağ palçıq vulkanında baş verən püskurmə ətrafdakı zəlzələ ocaqlarını oyadacaq qədər təhlükəli deyil”.

Bunu Publika.az-a açıqlamasında AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli məlumat verib.

Onun sözlərinə görə, ətrafda son aylar zəlzələ ocaqlarında baş verən zəif təkanlar nəticəsində vulkan oyanıb:

“Bu vulkan 1.5-1.7 maqnituda gücündədir və o zəlzələ ocağını aktivləşdirmək gücündə deyil. Bu cür yeraltı təkanlar gün ərzində 3-4 dəfə, bəzi hallarda daha çox olur. Otman bozdağ vulkanı sadəcə lokal xarakterli partlayış, metan qazının yanmasından baş verən təbiət hadisəsidir. Zəlzələ ocağı hazırlıqda olarsa, vulkan ocağı ilə yanbayan olarsa, gərginlik toplanması, süxurların deformasiyası müşahidə edilsə, güclü və uzun müddətli vulkanlar zəlzələyə səbəb ola bilər”.

Q.Yetirmişli onu da vurğulayıb ki, əksinə bu günlərdə baş verən zəlzələlər vulkanı aktivləşdirib:

“Bu günlərdə vulkanın yanında bir təkan qeydə alınıb. Dekabr, yanvar ayında Xəzər dənizində, Qobustanda, Şamaxıda zəlzələlər baş verib və onların təsirindən Otman bozdağ palçıq vulkanın oyanmasına səbəb ola bilər. Düzdür, vulkanın püskürməsi üçün yerdaxili sıxılma prosesi getməsi əsas şərtdir. Lakin oyanması üçün zəlzələ müəyyən rol oynayır. Vulkanların püskürməsinə zəlzələlər daha çox təsir edir. Bu vulkan sonuncu dəfə 2004-cu il iyun 21-də püskürüb, bu onun 10-cu dəfə püskürməsidir”.

Qeyd edək ki, ötən gün Otman bozdağ palçıq vulkanında baş verən püskurmə ətrafdakı vulkanların aktivləşməsinə səbəb olma ehtimalı yaradıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm