Ekologiyanı pozanlar 46 min manat cərimələndi
Bizi izləyin

Ekologiya

Ekologiyanı pozanlar 46 min manat cərimələndi

Ekologiyanı pozanlar 46 min manat cərimələndi

Yanvar ayının 16-dan 31-dək ekoloji qanunvericiliyi pozanlara qarşı 152 akt və protokol tərtib olunub.

Publika.az xəbər verir ki, pozuntular Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlama zamanı aşkarlanıb.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 15 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 39 iş üzrə 46700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 12 iş üzrə 11990,1 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 583 iş üzrə 47494,34 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 39, icra qurumlarına 32, məhkəmələrə isə 1 iş göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm