İnsandan ziyan görən heyvan növləri
Bizi izləyin

Ekologiya

İnsandan ziyan görən heyvan növləri

İnsan fəaliyyətindən zərər çəkmiş heyvan növlərinin sayı açıqlanıb.

Beynəlmiləl ekoloqlar kollektivi antropogen amilin həlledici rol oynadığı qlobal iqlim dəyişmələrindən daha çox zərər çəkmiş məməli heyvan və quş növlərinin sayını nəzərdən keçirib.

Publika.az xəbər verir ki, müvafiq tədqiqat barədə məlumat “Nature Climate Change” jurnalında dərc edilib.

Mütəxəssislər müəyyən ediblər ki, hazırda quruda yaşayan, uçmayan məməli heyvan növlərinin (nəsli kəsilməkdə olan 873 növdən) 47 faizinin və quşların (nəsli kəsilməkdə olan 1272 növdən) 23,4 faizinin artıq qlobal iqlim dəyişmələrindən zərər çəkdiyini hesab etməyə ciddi əsaslar var.

Bu heyvan növlərinin çoxu Avropada və Şimali Amerikada yaşayır. Ekoloqlar təhlil üçün yetərli məlumatı məhz həmin ərazilər üzrə toplayıblar.

Alimlər biomüxtəlifliyin azalması və qlobal istiləşmə arasında əlaqə haqqında mövcud ədəbiyyatın metaicmalını apararaq bu qənaətə gəliblər. Mütəxəssislər heyvanların müxtəlif xarakteristikaları (məsələn, bədənin kütləsi) və xarici amillər (məsələn, ətraf temperatur) arasındakı əlaqəni modelləşdirməklə həmin materialları tamamlayıblar.

Mütəxəssislər siyasətçiləri və iş adamlarını biomüxtəlifliyin problemlərinə diqqət yetirməyə və onun azalmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırırlar. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm