• USD 1,7000 0,00% EUR 1,8962 -0,23%
    • GBP 2,1648 -0,45% RUB 0,0263 0,00%

XƏBƏRDARLIQ: Hava kəskin soyuyacaq, qar yağacaq

  • Ekologiya
  • 15 Fevral 2017 12:57
  • 3 151 Baxış
XƏBƏRDARLIQ: Hava kəskin soyuyacaq, qar yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 16-sı gündüzdən 17-si axşamadək hava şəraitinin yenidən qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 16-sı gündüz, 17-də hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin gün ərzində arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 1 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək. Bölgələrdə də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR