15 gündə 48 700 manat cərimə
Bizi izləyin

Ekologiya

15 gündə 48 700 manat cərimə

15 gündə 48 700 manat cərimə

Ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə aparılan araşdırma nəticəsində fevralın 1-dən 15-dək 48700 manat inzibati qaydada cərimə tətbiq edilib.

Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 149 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 21 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 47 iş üzrə 48700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 15 iş üzrə 63289,83 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 126 iş üzrə 41110,4 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 31, icra qurumlarına 8, məhkəmələrə isə 3 iş göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm