Ekologiya
Əhaliyə ciddi xəbərdarlıq edildi - HAZIR OLUN!
Tamamilə sağlam olan insanlar da həmin günlərdə baş ağrılarından, əsəbilikdən və halsızlıqdan əziyyət çəkəcəklər
Alimlər xəbərdar ediblər ki, yazın əvvəlində Yer kürəsinin
sakinləri güclü şəkildə maqnit fırtınasının təsirini hiss
edəcəklər. Həmin maqnit fırtınası bizim planetin elektromaqnit
sahəsini poza bilər.
Ürək-damar xəstəliklərindən əziyyət çəkən Yer sakinləri yaz
təqviminin başlaması ilə əlaqədar olaraq diskomfort hiss edəcəklər.
1, 2 və 3 mart tarixlərində planetimiz maqnit fırtınasının ilk
dalğasını adlayıb. Günəşin rentgen astronomiyası ilə məşğul olan
laboratoriyanın mütəxəssisləri bildiriblər ki, Günəşdə baş verən
partlayış nəticəsində kosmosa külli miqdarda güclü yanan qazlar
atılıb. Nəticədə mavi planetin müxtəlif hissələrində təkcə mobil
operatorların fəaliyyəti deyil, digər sahələrin, eləcə də mülki
aviasiyanın da işində nasazlıq müşahidə edilir.
Yer kürəsində növbəti və nisbətən güclü maqnit fırtınası martın
16-da baş verəcək. Martın 17-də isə fırtına təkrarlanacaq.
Elektromaqnit dalğalarının növbəti güclü titrəyişi isə martın 23-də
gözlənilir.
Günəşdə baş verən maqnit qasırğası Yer kürəsinin elektromaqnit
sahəsinə təsir göstərir. Mütəxəssislər bildirirlər ki, bu proses
bir çox insanların səhhətində ciddi problemlər yaradır və onlar
özlərini daha pis hiss etməyə başlayırlar. Ekspertlər həmin
günlərdə qan təzyiqindən, ürək-damar xəstəliklərindən əziyyət
çəkənləri, immuniteti zəif olanları və yorğun insanları öz
səhhətlərinə qarşı diqqətli olmağa çağırıblar. Tamamilə sağlam olan
insanlar da maqnit qasırğası baş verən həmin günlərdə baş
ağrılarından, əsəbilikdən və halsızlıqdan əziyyət çəkəcəklər.
Alimlər həmin günlərdə istirahət etməyi, işlə yüklənməməyi tövsiyə
edirlər. (sputnik.az)
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub