Bütöv Azərbaycanın HAVA PROQNOZU
Bizi izləyin

Ekologiya

Bütöv Azərbaycanın HAVA PROQNOZU

Bu şəhərlər tarixi Azərbaycan torpaqlarıdır. İşğal, müqavilələr və digər səbəblər onları Azərbaycandan ayırıb, bəzisinin adı, bəzinin isə milli tərkibi dəyişdirilib. Dünyanın bir çox ölkələrində onlar İran, Dağıstan və Gürcüstan, hətta Ermənistan şəhərləri kimi tanınır. Lakin onların Azərbaycan türklərinin qədim torpağı olduğu da danılmaz tarixi faktdır.

Tarixi torpaqlarımızda bu həftə gözlənilən hava şəraitini təkcə proqnoz olaraq deyil, eyni zamanda həmin bölgələrdən olan soydaşlarımızın dilindən təqdim edirik.

Beləliklə, Publika.az Bütöv Azərbaycanın hava proqnozunu diqqətinizə çatdırır.

Dərbənd: gecə: gündüz:

1 aprel : + 4 + 7

2 aprel: + 4 + 7

3 aprel: + 3 + 8

4 aprel: + 5 + 12

5 aprel: + 9 +14

6 aprel: + 8 +14

7 aprel: + 10 + 15

Cənubi Azərbaycan

Təbrizin havasından bizə Fərəhnaz Behrəngi danışır:

“İndi Təbrizdə hava buludludur.Yaxın günlərdə yağıntı gözləyirik. Novruz bayramını həvəslə keçirmişik. Bayramın 13-cü günü- Təbiət gününü qeyd etməyə hazırlaşırıq. Bu gündə hamı küçəyə çıxar, qonaqlıqlar təşkil edirik. Parklarda yeyib içərlər. Bayramı necə həvəslə keçiririksə, təbiət gününü də elə təmtəraqla qeyd edərik”.

Təbriz: gecə: gündüz:

1 aprel : + 5 + 15

2 aprel: + 3 + 12

3 aprel: 0 + 10

4 aprel: - 1 + 13

5 aprel: + 2 +17

6 aprel: + 5 + 20

7 aprel: + 9 + 19

Ərdəbil: gecə: gündüz:

1 aprel : - 2 + 8

2 aprel: - 2 + 2

3 aprel: - 5 + 5

4 aprel: - 4 + 1 2

5 aprel: - 1 +17

6 aprel: + 5 + 19

7 aprel: + 5 + 19

Zəncan: gecə: gündüz:

1 aprel : + 3 + 13

2 aprel: + 1 + 13

3 aprel: - 2 + 4

4 aprel: - 4 + 10

5 aprel: + 1 +13

6 aprel: + 2 + 17

7 aprel: + 4 + 16

Xoy: gecə: gündüz:

1 aprel : + 6 + 15

2 aprel: + 4 + 10

3 aprel: + 2 + 12

4 aprel: +2 + 15

5 aprel: + 3 +19

6 aprel: + 6 + 20

7 aprel: + 7 + 20

Həmədan: gecə: gündüz:

1 aprel : + 5 + 14

2 aprel: + 6 + 14

3 aprel: + 2 + 9

4 aprel: +2 + 10

5 aprel: - 2 +14

6 aprel: + 1 + 17

7 aprel: + 3 + 17

Urmiya: gecə: gündüz:

1 aprel : + 5 + 14

2 aprel: + 2 + 14

3 aprel: + 3 + 9

4 aprel: - 1 + 13

5 aprel: + 2 +16

6 aprel: + 4 + 18

7 aprel: + 6 + 19

Qərbi Azərbaycan

İrəvan: gecə: gündüz:

1 aprel : + 7 + 13

2 aprel: + 6 + 10

3 aprel: + 3 + 13

4 aprel: + 1 + 15

5 aprel: + 4 +18

6 aprel: + 7 + 19

7 aprel: + 8 + 19

Dərələyəz

Ömrünün 6 ilini Dərələyəzdə keçirən şair Vahid Əziz dünyanın ən gözəl havasının da məhz orada olduğunu deyir:

“Bu vaxt səhər 5-6-da həyətə çıxanda çiçəklərin ətrindən insanın sinəsi qabarırdı, az qalırdı ürək yerindən çıxsın. 6 yaşımda kənddən çıxandan sonra bir neçə dəfə ora getmişəm. Kəndimizə sonuncu dəfə 1987-ci ildə oğlumda birlikdə getmişdik. İndi də ancaq yuxumda görürəm. İnsan doğulduğu yerə gedəndə gəncləşir. Təəssüf ki, biz bu xoşbəxtlikdən məhrumuq. Arzum öz kəndimə gedib, orada ev tikməkdir”.

Dərələyəz: gecə: gündüz:

1 aprel : + 5 + 12

2 aprel: + 1 + 12

3 aprel: - 2 + 8

4 aprel: + 5 + 10

5 aprel: + 2 +13

6 aprel: + 4 + 16

7 aprel: + 4 + 18

Göyçə

Göyçədə ilin 7 ayı qış olur-deyən dilçi alim İsmayıl Məmmədli bu ayın havasından, illərdir uzaq düşdüyü kəndi barədə yadına düşənlərdən danışır:

“Biz tərəflərdə havalar əsasən maydan sonra isinirdi. Novruz bayramını yüksək səviyyədə keçirirdik, amma həmin günlərdə də hava soyuq olurdu. Hava soyuq olsa da, bayramın bütün adətlərini yerinə yetirirdik. Göyçə yadına düşəndə ilk ağlıma gələn oranın təmiz havasıdır. İndi orada hava soyuq olsa da, indi novruzgülü, digər yaz çiçəkləri açıb. Əkin-səpin işləri bu aydan başlanırdı. Dördüncü sinfə qədər orada oxumuşam, 1948-53-cü illərdə deportasiya ediləndən sonra oradan çıxmışam. Ata babamgil ermənilərlə birlikdə yaşayırdı, ana babamgilin kəndində ancaq azərbaycanlılar yaşayırdı. Ona görə babamgil orda qaldığından əlaqəm kəsilməmişdi, gedib-gəlirdim. Yayı həmişə yaylaqda keçirirdik. Orada qayadan su çıxırdı, avqustun 15-dən sonra yaylaqdan qayıdırdıq. O yerləri xatırladıqca Maralbulağı, Böyük Yoxuş, Qoçqoruğu yadıma düşür”

Göyçə: gecə: gündüz:

1 aprel : + 1 + 10

2 aprel: 0 + 7

3 aprel: - 1 + 9

4 aprel: - 2 + 13

5 aprel: 0 + 15

6 aprel: + 2 + 15

7 aprel: + 3 + 15

Ağbaba: gecə: gündüz:

1 aprel : + 5 + 12

2 aprel: - 1 + 5

3 aprel: - 2 + 1

4 aprel: - 3 + 2

5 aprel: - 6 + 4

6 aprel: - 3 + 7

7 aprel: 0 + 9

Zəngəzur

Zəngəzurun Qafan bölgəsindən olan tarixçi alim Cəbi Bəhrəmov 1987-ci ilə qədər yaşadığı torpağın hər zaman xatirində olduğunu deyir:

“Orananın əsrarəngiz təbiəti, əvəzsiz su mənbələri, bulaqları, meyvəsinin dadı müqayisəedilməzdir. Təəssüf ki, bu gün onlar bizim əlimizdə deyil, lakin heç vaxt da unudulmayacaq. İndi Zəngəzurun dağlarında solmazgülü çiçək açardı. Bizim yaşadığımız Mehri rayonunun Aldərə kəndində 6 kəhriz var idi, hərəsinin öz dadını hiss etmək olurdu. Zəngəzuru Naxçıvandan ayıran Qapıçıq keçidi- ən hündür keçidlərdən idi.Mehri ilə Ordubad arasında Ələngəz dağında həmişə qar olurdu.İlin bu vaxtında ora çox gözəl olurdu. Bütöv Azərbaycanın hər qarışı bizim üçün əzizdir. Zəngəzur da ən dəyərli bölgələrimizdəndir”.

Zəngəzur: gecə: gündüz:

1 aprel : + 2 + 10

2 aprel: - 1 + 4

3 aprel: - 4 + 4

4 aprel: - 2 + 9

5 aprel: + 1 + 12

6 aprel: + 5 + 14

7 aprel: + 3 + 13

Borçalı

İndi Borçalıda insanlar yeni mövsümə torpaqları əkin üçün hazırlayırlar.

Bu sözləri Musiqili Komediya Teatrının direktor müavini Elxan Ocaqov Borçalının indiki ab-havasından danışarkən deyir:

“Bu ayda Borçalıda bəzən güclü yağışlar yağar, bəzən isə günlər çox güşənli keçər. İndi hər tərəf yamyaşıldı, quzuqulağı, nərgizgülü, qulamçarın çıxan vaxtıdır. Borçalıda nərgizgülünün ətri bir başqa olar. İndi orada təbiətin ən gözəl vaxtıdır. Bir dəfə ilin bu vaxtı orada olanlar həmişə ora getmək istəyər. Biz tərəfdə təsərrüfat işi geniş yayılıb. Bu ayda istixanaların üstü açılır, bazarlar məhsullarla dolar. İnsanlarımız təsərrüfata o qədər önəm verir ki, bu aylarda toy da etməzlər. Toyların hamısını məhsul yığınından sonraya saxlayarlar".

Borçalı: gecə: gündüz:

1 aprel : + 6 + 14

2 aprel: + 7 + 12

3 aprel: + 5 + 12

4 aprel: + 1 + 17

5 aprel: + 5 + 21

6 aprel: + 7 + 19

7 aprel: + 8 + 22

Qarabağ

Ağdamlı günlərindən danışan xanənda Nəzakət Teymurova həmin günlərin,anların əvəzsiz olduğunu deyir:

“Bu gün həmin günləri həm böyük sevinc, həm də kədərlə xatırlayıram. Bu ayda ağaclar çiçək açardı. Artıq təsərrüfat işləri, tərəvəz əkini başlayardı. Biz tərəfdə hava tez-tez dəyişərdi. Səhər yağış yağar, bir neçə saat sonra gün çıxardı.

Qarabağ: gecə: gündüz:

1 aprel : + 2 + 12

2 aprel: + 6 + 10

3 aprel: + 4 + 11

4 aprel: + 3 + 15

5 aprel: + 5 + 18

6 aprel: + 6 + 18

7 aprel: + 8 + 21

Naxçıvan

Azərbaycanda ən isti və ən soyuq temperaturunun qeydə alındığı Culfada indi hava isinməyib. Ən sərt iqlimdə yaşayan culfalıların istiqanlı olduğunu deyir bu bölgədən olan Elman Hüseynov.

“İndi Culfada təsərrüfat işləri başlanılıb. İnsanlar əkinçilik, maldarlıqla məşğuldur. Böyük ərazilərdə buğda əkini başlayıb. Meyvəçilik çox inkişaf etməsə də, bu təsərrüfatla məşğul olanlar ağacları dərmanlayırlar. İndi Culfada təndir lavaşının əsl vaxtıdır. Culfada ilin ən gözəl vaxtı iyun-iyul ayları olsa da, indi təbiət çox rəngarəngdir. Bu insanların əhvalına, xarakterinə də təsir edib”.

Naxçıvan: gecə: gündüz:

1 aprel : + 6 + 17

2 aprel: + 5 + 11

3 aprel: + 3 + 13

4 aprel: + 5 + 17

5 aprel: + 9 + 21

6 aprel: + 11 + 23

7 aprel: + 13 + 23

Bakı: gecə: gündüz:

1 aprel : + 5 + 9

2 aprel: + 6 + 9

3 aprel: + 5 + 10

4 aprel: + 7 + 13

5 aprel: + 9 + 14

6aprel: + 19 + 15

7 aprel: + 11 + 19

Oxumağa davam et
Reklam
Reklam

Gündəm