Qarın gətirdiyi qeyri-adi TƏBİƏT HADİSƏSİ
Bizi izləyin

Ekologiya

Qarın gətirdiyi qeyri-adi TƏBİƏT HADİSƏSİ

Lerik rayonunda ötən gündən yağmağa başlayan qarın hündürlüyü 20 sm-ə çatıb.

Lerik rayonunda ötən gündən yağmağa başlayan qarın hündürlüyü 20 sm-ə çatıb.

Publika.az-ın report-a istinadən xəbər verir ki, qarın yağması nəqliyyatın hərəkətində heç bir problem yaratmayıb.

Lakin qarın yağması ilə yanaşı qeyri-adi təbiət hadisəsinin də baş verdiyi bildirilir.

Rayonun Orand kənd bələdiyyəsinin sədri Hamil Mustafayev açıqlamasında həyətinə yağan qarın üzərində soxulcanlar müşahidə etdiyini bildirib:

"Səhər yaxşı qar yağmışdı. Birdən həyətdə diqqətimi qarın üzərindəki qırmızı ləkələr cəlb etdi. Yaxına gedib baxanda təəccübləndim. Bunlar torpaqda olan soxulcanlar idi. Fikirləşdim ki, yəqin hardasa külək gölün suyunu göyə sovurub. Sonra tanışlarıma zəng etdim. Bildiyimə görə, Nuravud kəndində də belə bir hal müşahidə olunub".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm