Bütöv Azərbaycanın HAVA PROQNOZU
Bizi izləyin

Ekologiya

Bütöv Azərbaycanın HAVA PROQNOZU

Bu şəhərlər tarixi Azərbaycan torpaqlarıdır. İşğal, müqavilələr və digər səbəblər onları Azərbaycandan ayırıb, bəzisinin adı, bəzinin isə milli tərkibi dəyişdirilib. Dünyanın bir çox ölkələrində onlar İran, Dağıstan və Gürcüstan, hətta Ermənistan şəhərləri kimi tanınır. Lakin onların Azərbaycan türklərinin qədim torpağı olduğu da danılmaz tarixi faktdır.

Tarixi torpaqlarımızda bu həftə gözlənilən hava şəraitini təkcə proqnoz olaraq deyil, eyni zamanda həmin bölgələrdən olan soydaşlarımızın dilindən təqdim edirik.

Beləliklə, Publika.az Bütöv Azərbaycanın hava proqnozunu diqqətinizə çatdırır.

Dərbənd

"Azad qələm" qəzetinin müxbiri, nəğməkar şair Zeynəb Dərbəndli bizə Dərbənddən xəbər verir.

“Dərbəndimizdə hava səhər bir cür, axşam bir cür olur. Yazın gəlişi canlanmaya səbəb olub. Dərbəndin kəndlərində insanlar göyərti əkir, ağaclara qulluq edir, tərəvəz əkib-becərməklə məşğul olurlar. Azərbaycanlılar burada toy, nişan adətlərini qoruyub saxlayır. Narin Qalada ziyarətçilər artıb. Çünki bura gəlib bu qalanı görməyən, gəzməyən "mən Dərbənddə olmuşam" deyə bilməz. Qədimliyimizi bizə unutdurmayan bu tarixi qala bizim üçün əvəzsiz var-dövlətdir. Toylarda bəy və gəlin mütləq Narin Qalaya getməlidir. Bu, Dərbənddə ən gözə adətdir. Dərbənd qədim şəhər olduğu kimidə, adət-ənənələri ilə sayılıb-seçilən şəhərdir”.

Dərbənd: gecə: gündüz:

15 aprel: + 12 + 16

16 aprel: + 11 + 15

17 aprel: + 11 + 15

18 aprel: + 11 + 15

19 aprel: +11 + 15

20 aprel: + 12 + 14

21 aprel: +11 + 16

Cənubi Azərbaycan

Təbrizdən olan vokalist, müğənni Yaqub Zurufçu vətəndəki yazın nəfəsini heç yerdə hiss etmədiyini deyir:

“Yaz biz tərəflərdə bir başqa gözəl olur. O güllərin ətrini sonrakı illərdə mən dünyanın heç bir yerində duya bilmədim. Xatırlayıram, uşaq olanda qardaşım, dostlarımla Təbriz ətrafı bölgələrə gedərdik. Çalıb-oxuyar, əylənərdik. Ən çox tarixi yerlərə gedərdik. Uşaqlıqdan ailəmizdə milli ruhda böyümüşük, ona görə də Babək qalası və onun ətrafında olan Əhər və Ərəsbaran meşəlikləri bizi həmişə özünə çəkib.Bu meşələr qalanın əzəmətini bir az da artırırdı. Təsadüfi deyil ki, mənim ilk konsertim Ərk qalasının içərisindəki zalda olub. Təəssüf ki, indi həmin zal sökülüb. Ən təssüfləndiyim məqamlardan biri də ömrümün ən şirin çağı-gənclik illərimdə Təbrizi tərk etməli, ata yurdumdan uzaqlaşmalı oldum. İllər sonra Təbrizə gedəndə o gözəllikləri tapa bilmədim. Məmməd Araz demişkən “ Ya rəbbim, bu dünya sən quran deyil, Bu sədlər, sərhədlər sən hörən deyil”.

Təbriz: gecə: gündüz:

15 aprel: + 9 + 16

16 aprel: + 7 + 15

17 aprel: + 7 + 15

18 aprel: + 7 + 15

19 aprel: + 8 + 15

20 aprel: + 7 + 18

21 aprel: + 9 + 20

Ərdəbil: gecə: gündüz:

15 aprel: + 7 + 18

16 aprel: + 6 + 10

17 aprel: + 4 + 19

18 aprel: + 7 + 21

19 aprel: + 7 + 19

20 aprel: + 6 + 18

21 aprel: + 6 + 22

Zəncan: gecə: gündüz:

15 aprel: + 9 + 16

16 aprel: + 7 + 13

17 aprel: + 5 + 18

18 aprel: + 6 + 19

19 aprel: + 8 + 18

20 aprel: + 4 + 18

21 aprel: + 8 + 19

Xoy: gecə: gündüz:

15 aprel: + 6 + 19

16 aprel: + 7 + 17

17 aprel: + 6 + 20

18 aprel: + 8 + 21

19 aprel: + 10 + 13

20 aprel: + 6 + 20

21 aprel: + 8 + 22

Həmədan: gecə: gündüz:

15 aprel: + 12 + 17

16 aprel: + 8 + 17

17 aprel: + 6 + 19

18 aprel: + 7 + 19

19 aprel: + 8 + 17

20 aprel: + 5 + 19

21 aprel: + 8 + 20

Urmiya: gecə: gündüz:

15 aprel: + 7 + 17

16 aprel: + 5 + 16

17 aprel: + 5 + 18

18 aprel: + 4 + 18

19 aprel: + 8 + 16

20 aprel: + 5 + 18

21 aprel: + 5 + 19

Qərbi Azərbaycan

Qərbi Azərbaycanın Vedi rayonundan olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova insanın uşaqlıq və gəncliyinin keçdiyi yerin onun üçün hər zaman əziz olduğunu deyir:

"Ata-baba torpağımız olan Vedi barədə xatirələr də mənim üçün hər zaman əzizdir. Çox tez-tez torpaqlarımız yadıma düşür. İlk növbədə o yerlərin təbiəti, dağlarının mənzərəsi, kəndlərimizdəki tarixi, dini abidələrimizi xatırlayırıq. Hər bir kəndin özünün ziyarət edildiyi yerlər olurdu. Vedidə Ağa dədə adlı xeyirah bir insanın qəbri insanlar üçün ziyarətgah yeri idi.Təəssüf ki, sonradan o qəbir tamamilə dağıdılıb. Məqsəd orada yaşayan xalqdan qalan izləri itirməkdir.

Qərbi Azərbaycanda yaşayan xalqımız bütün adət-ənənələrimizi çox gözəl qoruyurdu. Ermənilərlə birlikdə yaşasaq da, assimlyasiya siyasəti güclü olsa da, biz dilimizi, dinimizi qorumaqla birliyimizi də qoruyub saxlaya bilirdik. Assimlyasiya siyasətini bizə tətbiq edə bilmədiklərinə görə zaman-zaman azərbaycanlıları ərazidən köçürmək barədə qərarlar qəbul edilirdi. Kəndlərimizdə Novruz adətləri çox yaxşı qorunurdu. Mən şəhərdə yaşasam da, bayram günləri həmişə kəndə gedirdik. Təəssüf ki, özünəməxsus mədəniyyəti olan əhali Azərbaycanın müxtəlif yerlərinə səpələnib”.

İrəvan : gecə: gündüz:

15 aprel: + 7 + 16

16 aprel: + 7 + 16

17 aprel: + 8 + 18

18 aprel: + 8 + 19

19 aprel: + 9 + 18

20 aprel: + 10 + 18

21 aprel: + 8 + 19

Dərələyəz : gecə: gündüz:

15 aprel: + 7 + 15

16 aprel: + 6 + 13

17 aprel: + 6 + 16

18 aprel: + 6 + 16

19 aprel: + 8 + 14

20 aprel: + 5 + 16

21 aprel: + 7 + 18

Göyçə : gecə: gündüz:

15 aprel: + 1 + 7

16 aprel: 0 + 5

17 aprel: + 1 + 8

18 aprel: + 2 + 9

19 aprel: + 2 + 8

20 aprel: + 3 + 9

21 aprel: + 4 + 10

Ağbaba : gecə: gündüz:

15 aprel: + 3 + 12

16 aprel: + 1 + 13

17 aprel: + 4 + 15

18 aprel: + 4 + 14

19 aprel: + 5 + 14

20 aprel: + 1 + 15

21 aprel: + 4 + 15

Zəngəzur : gecə: gündüz:

15 aprel: + 4 + 13

16 aprel: + 5 + 8

17 aprel: + 3 + 14

18 aprel: + 4 + 14

19 aprel: + 4 + 12

20 aprel: + 3 + 14

21 aprel: + 3 + 15

Borçalı : gecə: gündüz:

15 aprel: + 8 + 19

16 aprel: + 7 + 19

17 aprel: + 8 + 23

18 aprel: + 11 + 23

19 aprel: + 10 + 18

20 aprel: + 5 + 22

21 aprel: + 9 + 20

Qarabağ

Xanəndə Mənsum İbrahimov deyir ki, yazın gəlişi şaxtalı qışdan sonra Qarabağda yaşayan əhali üçün bayram olurdu.

“Uşaqlığımı xatırlayıram, xüsusən, həmin dövrdə yazın gəlişinə daha çox sevinirdik. Bu ayda təbiət yaşıllaşır, ağaclar çiçəkləyirdi. Xan qızı Natavanın saldırdığı Soltanbud meşəsi bizim kəndin yaxınlığında idi. Orada nadir ağaclar əkilmişdi, xüsusən də, meyvə ağacları ilə zəngin idi. Bu fəsildə artıq əkin işləri başlayırdı, axşam saatlarında gənclər məktəbin qarşısına toplaşırdı, söhbətlər edilirdi. Qarabağda hər iki nəfərdən birində gözəl səs olurdu, havanın isinməyi insanları daha da həvəsləndirirdi. Axşam saatlarında səs-səsə verib oxuyurduq”.

Qarabağ : gecə: gündüz:

15 aprel: + 15 + 21

16 aprel: + 14 + 17

17 aprel: + 13 + 24

18 aprel: + 15 + 25

19 aprel: + 16 + 21

20 aprel: + 14 + 24

21 aprel: + 17 + 26

Naxçıvan MR

Naxçıvan Muxtar Respublikası İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini Firudin Rzayev indi Naxçıvanın hər tərəfində fərqli hava müşahidə edildiyini deyir:

“Naxçıvan həddən artıq kontinental iqlimə malik ərazidir, qış həddən çox sərt, yay da isti keçər. Amma yaz vaxtı hava dəyişkən olar. Şəhərin özündə yağış yağır, kənarlarda qarlı hava müşahidə edilir. Dağlarda ağaclar yaşıllaşıb, indi Naxçıvanda hara baxsan gözəllik görürsən.

Naxçıvanın ən ucqar kəndləri də şəhər mərkəzindən fərqlənmir. Ən yüksək zirvəmiz olan Qəmiqayadakı muzeyi ziyarət emtəyə hər il yüzlərlə turist gəlir.Onlar yolların bu qədər səliqəli olmasına təəccüb qalırlar. Qışda hava şəraiti ilə əlaqədar bəzi sahələrdə işlər dayanır, lakin yaz gələndən yenidən proses sürətlənib. Naxçıvandakı sakit həyat, küçələrdəki təmizlik gələnləri heyran edir”.

Naxçıvan : gecə: gündüz:

15 aprel: + 9 + 20

16 aprel: + 9 + 17

17 aprel: + 8 + 20

18 aprel: + 10 + 21

19 aprel: + 11 + 17

20 aprel: + 10 + 20

21 aprel: + 11 + 22

Bakı : gecə: gündüz:

15 aprel: + 13 + 13

16 aprel: + 11 + 16

17 aprel: + 11 + 18

18 aprel: + 12 + 17

19 aprel: + 14 + 20

20 aprel: + 12 + 16

21 aprel: + 12 + 18

Oxumağa davam et
Reklam
Reklam

Gündəm