Şahdağ Milli Parkında UÇQUN - YENİLƏNDİ
Bizi izləyin

Ekologiya

Şahdağ Milli Parkında UÇQUN - YENİLƏNDİ

Əraziyə nəzarət olunması üçün Şahdağ Milli Parkının işçiləri tərəfindən növbətçilik təşkil olunub.

Şahdağ Milli Parkının Qəbələ bölməsinin Vəndam meşəbəyliyinin 2 saylı dolayında, Qəbələ-Laza avtomobil yolunun 4,4-cü kilometrliyində yolun sol hissəsində baş verən uçqunun səbəbi son günlər yağan intensiv yağışlardır.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Ə.Qaralov bildirib ki, yağışlar ərazidəki sürüşmə sahələrini aktivləşdirməyib: “Sadəcə lokal bir ərazidə uçqun baş verib. Ərazidə aktivlik müşahidə edilmir”.

“Azəravtoyol”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Publika.az-a bildirib ki, uçqun avtomobil yolunda baş verməyib: “Uçqun Milli Parkın ərazisindəki yolda baş verib. Bu yol yaxınlığında yaşayış məntəqələri yoxdur. Dolayısı ilə uçqun yolda hərəkətə mane olmayıb”.

***

Aprelin 17-də səhər saat 4 radələrində Şahdağ Milli Parkının Qəbələ bölməsinin Vəndam meşəbəyliyinin 2 saylı dolayında, Qəbələ-Laza avtomobil yolunun 4,4-cü kilometrliyində yolun sol hissəsində uçqun baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisəyə səbəb bölgəyə yağan intensiv və güclü yağışlar olub.

Dərhal Milli Parkın əməkdaşları hadisə yerinə cəlb olunub və araşdırma aparılıb. İlkin məlumatlara görə uçqunun əhatə etdiyi ərazi yoldan 50-60 metr hündürlükdə olmaqla təxminən 4 sota yaxın meşə ilə örtülü olmayan ərazini əhatə edir. Hadisə ilə bağlı aidiyyəti üzrə məlumat verilib. Hazırda müvafiq qurumlar tərəfindən yolun bağlanmış hissəsinin açılması məqsədilə təmizləmə işləri aparılır.

Əraziyə nəzarət olunması üçün Şahdağ Milli Parkının işçiləri tərəfindən növbətçilik təşkil olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm