Nazirlikdən 63 min manatlıq cərimə
Bizi izləyin

Ekologiya

Nazirlikdən 63 min manatlıq cərimə

“Məcburi göstəriş” verilib.

Ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərini pozanlara qarşı 158 akt və protokol tərtib olunub.

Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən keçirilən son monitorinq zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 35 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 56 iş üzrə 63600 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 24 iş üzrə 45079,44 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 268 iş üzrə 53132,16 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 28, icra qurumlarına 24, məhkəmələrə isə 5 iş göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm