Azərbaycanın hansı seysmogen zonalarında gərginlik müşahidə edilir?
Bizi izləyin

Ekologiya

Azərbaycanın hansı seysmogen zonalarında gərginlik müşahidə edilir?

Azərbaycan ərazisinin seysmogen zonalarında tektonik hərəkətlərin tipləri müəyyən edilib, yer qabığının gərginlik sahələrinin analizi aparılıb.

Publika.az xəbər verir ki, araşdırma Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, Qurban Yetirmişli və qurumun Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri Səbinə Kazımova tərəfindən aparılıb.

Araşdırma nəticəsində bəlli olub ki, Böyük Qafqaz zonasında sıxılma oxları əsasın CQ-ŞmŞ, Zaqatala-Balakən və Orta Kür çökəkliyi zonasında ŞmQ-CŞ, Aşağı Kür çökəkliyində və Talış bölgəsində ŞmŞ-CQ istiqamətində, Xəzər akvatoriyasında isə ŞmŞ-CQ istiqamətindən ŞmQ-CŞ istiqamətinə qədər yönəlib. Gərilmə oxları isə əks istiqamətlidir. Orta və Aşağı Kür çökəkliklərində və həmsərhəd Xəzər zonasında gərilmə, Şəki, Siyəzən, Şamaxı-İsmayıllı, Şirvan, İmişli və Cəlilabad zonalarında isə sıxılma müşahidə olunur.

Tədqiqatlar nəticəsində Böyük Qafqazın cənub yamacının Azərbaycan hissəsində üç növ lokal gərginlik sahələrinin - qırılıb-qalxma, qırılıb-düşmə-yerdəyişmə, soltərəfli horizontal yerdəyişmənin aşkar olunduğu bildirilib. Qeyd olunub ki, Orta Kür çökəkliyi üçün – qırılıb-qalxma, qırılıb-düşmə, Cənubi Xəzər hövzəsində – qırılıb-düşmə, horizontal yerdəyişmə, Talış zonasında isə – qırılıb-qalxma, qırılıb-düşmə-yerdəyişmə gərginlik sahəsi müşahidə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm