Zaqatalaya dolu düşdü - - FOTO/VİDEO
Bizi izləyin

Ekologiya

Zaqatalaya dolu düşdü - - FOTO/VİDEO

Dolu qoz böyüklüyündə olub.

Zaqatalada güclü küləklə müşahidə olunan qısamüddətli leysan yağışı yağıb.

Publika.az "ARB Şəki"yə istinadən xəbər verir ki, rayonun Danaçı və Fındıqlı kəndlərinə dolu düşüb.

Kənd sakinlərinin dediyinə görə, təxminən 25 dəqiqə ərzində yağan dolu qoz böyüklüyündə olub. Zaqatala sakini Cabbar Rzayevin sözlərinə görə, dolu əsasən meyvə-tərəvəzə ziyan vurub: "1 santimetrə yaxın dolu var idi. Adam ayağını atanda buzun təsiri hiss olunurdu. Pomidora, kartofa ciddi ziyan dəyib".

Dəymiş zərərin məbləği aparılan hesablamalardan sonra müəyyənləşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm