Ekologiya
Qəbələyə dolu yağdı
Güclü küləklə müşayiət olunan dolu və leysan yağışı Qəbələ rayonunda təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.
Publika.az xəbər verir ki, bu gün saat 19:00 radələrində Qəbələ rayonunun Bum qəsəbəsinə, Həmzəli, Qəmərvan kəndlərinə dolu düşüb. Təxminən 20 dəqiqə yağan dolu yağışı və qasırğa meyvə-tərəvəz və əkin sahələrinə ziyan vurub.
Külək ağacların budaqlarını sındıraraq elektrik naqillərinin üstünə və avtomobil yollarına aşırıb, bəzi kəndlərə elektrik verilişi dayanıb. Hazırda rayonda leysan yağışı davam edir. Nəticədə çaylarda suyun səviyyəsi artıb, bəzi həyətyanı sahələri, yolları su və lil basıb, kəndlilərin otlaq və taxıl sahələrinə, meyvə məhsullarına ziyan dəyib. (apa)
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye