• USD 1,7000 0,00% EUR 2,0652 0,00%
    • GBP 2,3259 0,00% RUB 0,0232 0,00%

Respublikada hava, su və torpağın tərkibindəki təhlükəli maddələrin vəziyyəti açıqlandı

Respublikada hava, su və torpağın tərkibindəki təhlükəli maddələrin vəziyyəti açıqlandı

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında su, torpaq nümunələri və аtmоsfеr hаvаsından götürülmüş nümunələr üzərində analizlər aparılıb. Həmçinin Respublikanın hava hövzəsində rаdiоакtiv çirкlənmə üzrə müşаhidələr keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, atmosfer havasının çirklənməsinin monitorinqi zamanı Bakı şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksidin 1.4, furfurolun isə 1 dəfə Yol Verilən Qatılıq Həddini (YVQH) keçdiyi məlum olub. Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid 1.4 dəfə YVQH-ni keçib. Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə atmosfer havasının çirklənməsi norma daxilində olub.

Təbii suların geokimyəvi rejimi və çirklənməsinin monitorinqi laboratoriyasında 4 su nümunəsi üzərində 56 fiziki-kimyəvi analiz aparılıb. Aparılan analizlərin nəticələrinə əsasən biogen maddələrdən olan ammoniumun miqdarı Kür çayı Mingəçəvir müşahidə məntəqəsində 1.2 dəfə, Kür çayı Zərdab müşahidə məntəqəsində 1.4 dəfə, Kür çayı Yevlax müşahidə məntəqəsində 1.6 dəfə, eləcə də Ağdaş şəhəri Türyançay müşahidə məntəqəsində və Göyçay şəhəri Göyçay müşahidə məntəqəsində 1.4 dəfə YVQH-ni keçib. Digər çirkləndiricilərin miqdarı isə norma daxilində olub.

Torpaqların çirkənməsinin monitorinqi laboratoriyasında Gəncə şəhərində yerləşən sənaye müəssisələrinin ərazilərindən götürülmüş torpaq nümunələri üzərində 16 analiz aparılıb və nəticələr norma daxilində olub.

Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr Respublikanın bütün bölgələrində gün ərzində 3 dəfə olmaqla (09:00, 15:00, 18:00 saatlarında) aparılıb. Belə ki, Bakı-Abşeron bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-17 mkR/saat – faktiki radiasiya şəraiti 9-10 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Naxçıvan MR-in ərazisində radiasiya təbii fonu yay fəsli üçün 8-21 mkR/saat – faktiki radiasiya şəraiti 11-12 mkR/saat olaraq qeydə alınıb və təbii fon daxilində dəyişib.

Kiçik Qafqaz bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-21 mkR/saat – faktiki radiasiya şəraiti 8-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Böyük Qafqaz bölgəsində radiasiya təbii fonu yay fəsli üçün 5-26 mkR/saat – faktiki radiasiya şəraiti 11-21 mkR/saat arasında dəyişib (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir).

Mərkəzi Aran bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-18 mkR/saat – faktiki radiasiya şəraiti 9-17 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.Lənkəran-Astara bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-19 mkR/saat – faktiki radiasiya şəraiti 9-10 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Ümumilikdə gün ərzində Respublikanın ayrı-ayrı bölgələrindən daxil olan müşahidə məlumatlarına əsasən, təbii mühitin radiasiya fonunun norma daxilində dəyişdiyi qeydə alınıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR