Ekologiya
Çaylarda su azalıb
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a
verilən məlumata görə, hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla
ongünlük normanın 53 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm
288 m3/s olmaqla ongünlük normanın 138 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma
müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla,
ongünlük normanın 63 faizini təşkil edir. 2016-cı ildə isə bu
göstərici 144 m3/s təşkil edərək ongünlük normanın 129 faizinə
bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma
müşahidə olunub. Belə ki, Kür çayının Salyan məntəqəsində 4,
Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Surrada
4, Şirvanda 2 sm artım qeydə alınıb
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 325 sm (2016-cı il
iyulun 14-də 350 sm), Şirvanda 161 sm, Salyanda 82 sm (2016-cı il
iyulun 14-də 110 sm), Bankədə 175 sm (2016-cı il iyulun 14-də 185
sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2016-cı il
iyulun 14-də 70 sm) təşkil edir.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan MR çaylarında isə 80 faizini təşkil edir.
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər