Ekologiya
Çaylarda sululuq səviyyəsi açıqlandı
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan MR çaylarında isə 80 faizini təşkil edir.
Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 288 m3/s olmaqla ongünlük normanın 138 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 144 m3/s təşkil edərək ongünlük normanın 129 faizinə bərabər olub.
İyulun 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Salyan məntəqəsində 4, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Surrada 4, Şirvanda 2 sm artım qeydə alınıb
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 325 sm (2016-cı il iyulun 14-də 350 sm), Şirvanda 161 sm, Salyanda 82 sm (2016-cı il iyulun 14-də 110 sm), Bankədə 175 sm (2016-cı il iyulun 14-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2016-cı il iyulun 14-də 70 sm) təşkil edir.
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar