Ekologiya
Xəzərdə kilkə balıqlarının ehtiyatı 10 dəfə azaldı

Son 10-15 il ərzində Xəzər dənizində kilkə balıqlarının ehtiyatı 10 dəfə azalıb.
Bunu Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.
Onun sözlərinə görə, son illər ərzində Xəzər dənizində balıqların növ tərkibi dəyişməsə də, balıqların ehtiyatı ildən-ilə getdikcə azalır. Ehtiyatların azalması daha çox vətəgə əhəmiyyətli balıqlara aiddir:
Xəzər dənizinin əsas balıq ehtiyatının çoxunu kilkələrin təşkil etdiyini deyən M.Axundov əlavə edib ki, kilkələrin qidalandığı zooplanktonların, yəni dənizdəki xırda canlıların kütləsi 10 dəfə azaldığından dənizdə bu balıqların da ehtiyatı çox azalıb.
Zooplanktonların ehtiyatının azalma səbəblərini açıqlayan M.Axundov qeyd edib ki, 1990-cı illərin sonlarında ballast suları vasitəsilə Xəzər dənizinə gətirilmiş mnemiopsis leidyi (kilkələrin yemini yeyən yad orqanizm) dənizin akvatoriyasında sürətlə yayılaraq, Xəzərin biomüxtəlifliyinə birbaşa və ciddi ziyan vurub. O, kilkələrin yem bazası olan zooplanktonu böyük miqdarda tükədib.
Kilkələrin sayının azalmasını bu prosesin nəticəsi sayan M.Axundov qeyd edib ki, bu balıqların sayının azalması Xəzərin yalnız Azərbaycan sektorunda deyil, bütün Xəzər dənizində müşahidə edilir.
M.Axundov qeyd edib ki, yaranan problemin aradan qaldırılması üçün kilkələrin sənaye ovuna qadağanın qoyulması məsələni həll etmir:
"Sadəcə olaraq, kilkə ovuna ehtiyatlı yanaşma lazımdır. Kilkələri müəyyən həcmdə ovlamaq olar. İmkan vermək lazımdır ki, kilkə çoxalsın. Kilkə çoxalarsa, bütün balıqlar üçün də yem ehtiyatı artar".
M.Axundov qeyd edib ki, son 15 il ərzində kilkə kütləsi azaldığından kilkə ilə qidalanan bütün başqa balıqların da kütləsi azalıb. Bunlar siyənəklər, nərə cinsli balıqlar, qızıl balıq və sairdir.

-
İdman04:50
İspaniya klublarının maaş həddi: “Real”la “Barsa” arasında uçurum var
-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO