7 ağacı kəsdiyi üçün 2890 manat cərimələndi - ZAQATALADA
Bizi izləyin

Ekologiya

7 ağacı kəsdiyi üçün 2890 manat cərimələndi - ZAQATALADA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Zaqatala rayonunun Muxax kənd sakini Şaban Mahmudov tərəfindən Muxax bələdiyyəsinin mülkiyyətinə məxsus Selbasar adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, şikayət nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ərazidə yaş köküstə 7 ədəd ağ akasiya ağacının rayon sakini İlqar Gəncəliyev tərəfindən kəsildiyi aşkar olunub. Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə İ.Gəncəliyevə 2890 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm