Ekologiya
Azərbaycanda hava, su və torpağın çirklənmə göstəriciləri açıqlandı
Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında su, torpaq və аtmоsfеr hаvаsından götürülmüş nümunələr üzərində analizlər aparılıb, həmçinin Respublikanın hava hövzəsində rаdiоакtiv çirкlənmə üzrə müşаhidələr keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
Publika.az-a verilən məlumata görə, atmosfer
havasının çirklənməsinin monitorinqi zamanı Bakı şəhərində əsas
çirkləndiricilərdən olan azot 4-oksidin birdəfəlik maksimal
qatılığının 1.6, his 1.1, furfurolun isə 1 dəfə Yol Verilən Qatılıq
Həddini (YVQH) keçdiyi məlum olub. Sumqayıt şəhərində əsas
çirkləndiricilərdən olan azot 4-oksid 1.5, xlor 1.1 dəfə YVQH-ni
keçib. Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə
atmosfer havasının çirklənməsi norma daxilində olub.
Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin su şöbəsinə Kiçik
Qafqaz çaylarından götürülmüş 22 su nümunəsi üzərində aparılmış
analiz nəticələri daxil olub. Nəticələrə görə Ağstafaçay-Qazax,
Qoşqarçay-Daşkəsən müşahidə məntəqələrində fenolların miqdarı 3
dəfə normanı keçib. Ümumilikdə Kiçik Qafqaz çaylarında digər
çirkləndiricilərin miqdarı norma daxilində olub.
Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr Respublikanın bütün
bölgələrində gün ərzində 3 dəfə olmaqla (09:00, 15:00, 18:00
saatlarında) aparılıb. Belə ki, Bakı-Abşeron bölgəsində təbii
radiasiya fonu yay fəsli üçün 6-17 mkR/saat – faktiki radiasiya
şəraiti 8-11 mkR/saat arasında olub və təbii fon daxilində
dəyişib.Naxçıvan MR-in ərazisində radiasiya təbii fonu yay fəsli
üçün 8-21 mkR/saat – faktiki radiasiya şəraiti 10-12 mkR/saat
olaraq qeydə alınıb və təbii fon daxilində olub.Kiçik Qafqaz
bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-21 mkR/saat –
faktiki radiasiya şəraiti 9-12 mkR/saat arasında olub və təbii fon
daxilində dəyişib.Böyük Qafqaz bölgəsində radiasiya təbii fonu yay
fəsli üçün 5-26 mkR/saat – faktiki radiasiya şəraiti 10-18 mkR/saat
arasında dəyişib (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi
xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə
nisbətən yüksək olması bölgə üçün xarakterikdir).Mərkəzi Aran
bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-18 mkR/saat –
faktiki radiasiya şəraiti 9-19 mkR/saat arasında olub və təbii fon
daxilində dəyişib.
Lənkəran-Astara bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-19
mkR/saat – faktiki radiasiya şəraiti 8-10 mkR/saat arasında olub və
təbii fon daxilində dəyişib.
Ümumilikdə gün ərzində Respublikanın ayrı-ayrı bölgələrindən daxil
olan müşahidə məlumatlarına əsasən təbii mühitin radiasiya fonunun
norma daxilində dəyişdiyi qeydə alınıb.
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO