Ekologiya
Çaylarda su azalıb
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara bölgəsi çaylarında 50-100 və Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a
verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun
səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su
sərfi 32 m3/s olmaqla ongünlük normanın 24 faizini təşkil edir.
2016-cı ildə isə bu rəqəm 100 m3/s olmaqla ongünlük normanın 75
faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma
müşahidə olunub. Hazırda məntəqədə su sərfi 12.5 m3/s olmaqla,
ongünlük normanın 18 faizini təşkil edir. 2016-cı ildə isə bu
göstərici 113 m3/s təşkil edərək ongünlük normanın 163 faizinə
bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma
müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Bankə
məntəqələrində 2, Salyanda 6 sm azalma, Surrada 4, Araz çayının
Novruzlu məntəqəsində 5 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 348 sm (2016-cı il
avqustun 04-də 374 sm), Şirvanda 191 sm, Salyanda 127 sm (2016-cı
il avqustun 04-də 160 sm), Bankədə 175 sm (2016-cı il avqustun
04-də 189 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm
(2016-cı il avqustun 04-də 89 sm) təşkil edir.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO