Azərbaycan yanğınsöndürənləri Gürcüstanda yanğını söndürdülər - (YENİLƏNDİ)
Bizi izləyin

Ekologiya

Azərbaycan yanğınsöndürənləri Gürcüstanda yanğını söndürdülər - (YENİLƏNDİ)

Gürcüstan Hökumətinin müraciətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası onlara həvalə olunmuş Daba kəndi yaxınlığındakı yanğın ocaqlarını söndürüblər.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, hazırda FHN-in bölgəyə cəlb edilmiş qüvvələri onlara həvalə edilən digər yanğın ocaqlarının söndürülməsi istiqamətində yanğınsöndürmə əməliyyatlarını həyata keçirirlər.

Qeyd edək ki, təbii fəlakət zonasına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilmişdir.

***

Azərbaycan yanğınsöndürənlərinin Gürcüstanda meşə yanğınlarının aradan qaldırılması əməliyyatlarında iştirakı davam edir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğın ərazisində 20 hektara yaxın sahəni tam söndürüblər. Hazırda yanğınsöndürənlər dörd yanğın nöqtəsində təbii fəlakətin aradan qaldırılması prosesində iştirak edirlər.

Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm