• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Nazirlik Baş Polis İdarəsinə müraciət etdi - ağacları kəsənlərə görə

Nazirlik Baş Polis İdarəsinə müraciət etdi - ağacları kəsənlərə görə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Tofiq Bəhramov adına Respublika stadionunun arxasında ağaclar məhv edilib.

ETSN-dən Publika.az-a verilən məlumata görə, bununla bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı təxminən 600-700 kv.metr yaşıllıq sahəsində köküstə müxtəlif diametrli və iri gövdəli ümumilikdə 19 ədəd ağacın (16 şam və 3 aylant) yandırılaraq quruma dərəcəsinə qədər zədələndiyi məlum olub.

Faktla bağlı təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinə müraciət olunub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR